Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-41/2025 07.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızının, Maraqlı şəxs Borclu iştirakı ilə, Ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızının qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə barəsində ərizəsinə baxaraq, müəyyənetdi: Ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa tutulan 120 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Borclu xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində alimentin alınaraq Kürəbəyova Hicran Fəxrəddin qızına verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 4 ildən artıq müddət keçmişdir. 120 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Övladlarının hər ikisi məktəblidir. Maddi tələbatları gündən günə artır. Övladlarının maddi tələbatlarını çətinliklə qarşılayır. Maddi vəziyyəti olduqca pisdir. Cavabdeh Bakı şəhərində başqa şəxsin villasında yaşayaraq evin mühafizə və təsərrüfat işləri ilə məşğul olaraq, ayda 1000 manat civarında gəlir əldə edir. Lakin övladlarının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Onun xeyrinə 01.05.201 1-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.70 faiz mislində müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızı ərizəni müdafiə edərək və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Borclu 2018-ci ildən aliment ödədiyini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1717/2020 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Borclu xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq Kürəbəyova Hicran Fəxrəddin qızına verilməlidir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2018-ci il üzrə minimum aylıq əmək haqqının məbləği 01 sentyabr 2019-cu il tarixdən 250 manat və 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün müəyyən olunmuş aliment məbləği 2020-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 0.50 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 25 fevral 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,50 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-41/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-41/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver