Məhkəmə qərarları › İş №8(027)-410/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-410/2022

23.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-410/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq borclu, Borclu tələbkar X7 xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment ödənilməlidir. Tələbkar X7 azad edildiyi 62 manat dövlət rüsumunun 74 faizi, yəni 45,88 manat Borclu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)- 101/2022 saylı icra sənədindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq borclu, Borclu tələbkar X7 xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment ödənilməlidir. Tələbkar X7 azad edildiyi 62 manat dövlət rüsumunun 74 faizi, yəni 45,88 manat Borclu alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə verilmiş təqdimatda Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev Borclu ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasının təmin etmək məqsədini qeyd etsə də, borclunun ölkə hüdudlarına gedib-gəlməsinin icra prosesinə hansı maneçiliklərin törətməsini əsaslandırmamışdır. Bu isə təqdimatın əsassız olmasını göstərir. Həmçinin, xx.xx.2022-ci il tarixli bildirişin Borclu tərəfindən alınması barədə hər hansı sübut təqdimata əlavə olunmamışdır. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar