Məhkəmə qərarları › İş №8(027)-412/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-412/2022

26.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-412/2022 26.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimat verərək, Quba rayonu, Susayqışlaq kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)-476/2022 saylı icra sənədinə əsasən borclu: Borclu xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-(001)-476/2022-005 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu X5 hər ay usaq üçün 175 manat olmaqla, sabit pul məbləğində aliment xx.xx.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək cavabdeh Borclu hər ay 30 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Aliment məbləğləri xx.xx.2021-ci il tarixindən hesablanmalı, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Borclu Tələbkar xeyrinə tutulmalıdır. Dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti borclu X5 dövlət mədaxilinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixli iş üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu, Tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)-476/2022 saylı icra sənədinə əsasən borclu: Borclu xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-(001)-476/2022-005 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu X5 hər ay usaq üçün 175 manat olmaqla, sabit pul məbləğində aliment xx.xx.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək cavabdeh Borclu hər ay 30 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Aliment məbləğləri xx.xx.2021-ci il tarixindən hesablansın. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Borclu Tələbkar xeyrinə tutulması və Dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti borclu X5 dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. İşdə olan sənədlərdən görünür ki, Borclu müəyyən tarixlərdə ölkə hüdudlarından xaricə gedib gəlir. İş materiallarından görünür ki, olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)-476/2022 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədi könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra və probasiya şöbəsinə heç bir məlumat verməmişdir. Borclu tez-tez xarici ölkələrdə olması müəyyənləşdirilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)-476/2022 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)-476/2022 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)-476/2022 icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 2(001)- 476/2022 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar