Məhkəmə qərarları › İş №8(027)-412/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-412/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-412/2023 19.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədinin icrası məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə Borclu qərarın icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və qərarın icrasından üzrsüz səbəbdən, bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun İcra və probasiya şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyev məhkəməyə ərizə ilə müraciət edərək, zərurət aradan qalxdığına görə Borclu məcburi qaydada gətirilməsi ilə bağlı təqdimata baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə müvafiq məktubu nəzərdən keçirib hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədinin icrası məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı baxılmadan müvafiq şöbəyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədinin icrası məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı baxılmadan müvafiq şöbəyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar