Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-413/2023 18.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X2 oğlunun katibliyi İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba rayonu Zizik kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-1053/2023 saylı icra sənədinə əsasən Borclu 5046 manat məbləğində pul və 70,46 manat dövlət rüsumu tutularaq, Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxcaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və eyni zamanda bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. İş üzrə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Borclu Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən nə rəsmi qaydada nədə ki, qeyri-rəsmi qaydada şöbəyə dəvət edilmədiyini, dəvət edildiyi vaxt isə çağrışa gedəcəyini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə Borclu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildirişdə Borclu icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunması göstərilmişdir. İş materialları ilə Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınması sübut olunmur. Ona görə də təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-413/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-413/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver