Məhkəmə qərarları › İş №8(027)-419/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-419/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-419/2023 19.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Quba rayonu, Barlı kədində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu ilə Hüseynova(Əsədova) Xəyalə Zahir qızı arasında xx.xx.2014-cü ildə bağlanmış nikah qeydi pozulmalıdır.xx.xx.2015-ci il təvəllüdlü X1 Vüqar İlqar oğlundan alınaraq Hüseynova (Əsədova )Xəyalə Zahir qızının himayəsinə verilməlidir.xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları Hüseynova (Əsədova) Xəyalə Zahir qızının himayəsində qalsınlar.xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 yanvar 2023-cü il tarixdən başlayaraq,Borclu hər ay hər uşaq üçün 170 manat olmaqla,cəmi 510 manat məbləğində aliment alınaraq,Hüseynova(Əsədova) Xəyalə Zahir qızına verilməlidir.Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində pulun 40 manatı Borclu ,40 manatı isə Hüseynova(Əsədova) Xəyalə Zahir qızından alınaraq X3 ,kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İş üzrə Borclu bu günə qədər tələbkar Hüseynova(Əsədova) Xəyalə Zahir qızının xeyrinə aliment pulu ödəməmişdir. Hal-hazırda qalıq borc 4080 manat təşkil edir. Mərkəzi İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-808/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, Borclu ilə Hüseynova (Əsədova) Xəyalə Zahir qızı arasında xx.xx.2014-cü ildə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2015-ci il İ təvəllüdlü X1 Vüqar İlqar oğlundan alınaraq Hüseynova (Əsədova/ Xəyalə Zahir qızının himayəsinə verilmiş, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları Hüseynova (Əsədova) Xəyalə Zahir qızının yanında (himayəsində) qalmış, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 23 yanvar 2023-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində aliment alınaraq Hüseynova (Əsədova) Xəyalə Zahir qızına verilməlidir. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində pulun 40 manatı Borclu, 40 manatı isə Hüseynova (Əsədova) Xəyalə Zahir qızından alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclunnun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli Xaçmaz rayon məhkəməsinin 2(067)-808/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 2(067)-808/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə borclu Quba rayonu, Barlı kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar