Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-421/2023 19.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Quba rayonu, Gənclər qəsəbəsində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-4026/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/11-00036 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilməlidir. İkinci tərəf birinci tərəfə xx.xx.2022-ci il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 30-da 193 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürməlidir. İkinci tərəf övladı xx.xx.2022-ci il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etməməlidir. İkinci tərəf birinci tərəfə xx.xx.2022-ci il tarixli X1 3 yaşı çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq,hər ayın 15-də 100 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İş üzrə Borclu bu günə qədər Tələbkar xeyrinə 2290 manat məbləğində aliment pulu ödəmişdir.Hal-hazırda qalıq borc 2498 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)- 4026/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Tələbkar ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/11-00036 nömrəli barışıq sazişi təsdiq edilsinr. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclunnun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-4026/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-4026/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Quba rayonu, Gənclər qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-421/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-421/2023
19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver