Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-423/2023 19.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədi üzrə icraatın dayandırılması haqqında təqdimatına baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 2(027)-2724/2023 saylı icra sənədinə əsasən icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Həmin icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 2724 saylı icra sənədinə əsasən borclu X1 və Borclu cəmi 3687,7 manat məbləğində borc tələbkar “City Finance BOKT MMC-nin xeyrinə ödəməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 126754/23 saylı icra işi açılaraq, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon polis şöbəsində Borclu barəsində xx.xx.2023- cü il tarixdə 560453/23 saylı axtarış işi açılmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-126754 saylı icra sənədi üzrə icraat dayandırılmalıdır. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-21.3-cü maddəsinə əsasən Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini əsas tutaraq, Məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-2724 saylı icra sənədinə əsasən borclu X1 və Borclu cəmi 3687,7 manat məbləğində borc tələbkar “City Finance BOKT MMC-nin xeyrinə ödəməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-423/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-423/2023
19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver