Məhkəmə qərarları › İş №8(027)-433/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-433/2022

23.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-433/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X5 qızının katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, İİ Nügədi kəndində yaşayan X2 məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, e- 2(027)-3168/2018 saylı icra sənədi üzrə borclu Quba rayonu, İİ Nügədi kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-3168/2018 saylı Məhkəmə əmrindən görünür ki, borclu X12133.55 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2019-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, həmin bildirişin borclu tərəfindən qəbul edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Hazırda isə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, borclu X2 məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarına tələbin könüllü icrası barədə borclu X3 göndərilmiş xx.xx.2019-ci il tarixli bildirişin borcluya çatdırılması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Bununla da icra sənədinin müəyyən edilmiş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, icra məmurunun borclunun məcburi qaydada gətirilməsi haqqında təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(027)-3168/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, İİ Nügədi kəndində yaşayan X4 məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatı təmin edilməsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar