Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-434/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, X1, Onun nümayəndəsi qismində vəkili Nümayəndə1 iştirakı ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsiylə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon icra və probasiya şöbəsindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsinə əsasən həmin qətnamə ilə dəyişdirilmiş alimentin 15 sentyabr 2020-ci ildən hesablanmalı olması haqqında qərar daxil olmuşdur. Qərarda Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun 44.979 manat aliment borcu olduğu bildirilmişdir. Lakin onun bu qədər aliment borcu yoxdur və ümumiyyətlə Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz qəbul olunmuşdur. Belə ki, iddiaçı Tələbkar ilə xx.xx.2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşağı anadan olmuş, uşaqlardan biri xx.xx.2020-ci ildə vəfat etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-7743/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah ləğv edilmiş, uşaqlara hər biri üçün ayda 136,60 manat aliment təyin olumuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə hər uşaq üçün ayda 110 manat aliment təyin olunmuşdur. İddiaçı 2020-ci ildə ona qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq, alimentin məbləğinin dəyişdirilərək, aylıq gəlirlərinin 1/3-nin ona ödənilməsini tələb etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq ondan ümumi olaraq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 2710/2021 saylı qətnaməsi 18 iyul 2021-ci il tarixində qüvvəyə minmişdir. Belə ki, onlar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsindən kassasiya şikayəti veriblər, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılaraq, bildirilmişdir ki, Mayis Abdullayev qətnaməni 18 may 2021-ci ildə almışdır və 2 aylıq şikayət müddəti daxilində şikayət verməmişdir. Deməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi cavabdeh Mayis Abdullayevin aldığı 18 may 2021-ci il tarixindən 2 ay sonra, yəni 18 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Qanunun tələbinə görə, məbləği dəyişdirilmiş aliment bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən hesablanılır və bu halda da Mayis Abdullayevdən dəyişdirilmiş aliment məhkəmə qətnaməsi — bu halda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi 18 iyul 2021-ci ildən hesablanmalıdır. Həmçinin bildirir ki, icra işi Quba rayon İcra və Probasiya Şöbəsində aparılmalı deyildir. İş üzrə borclu X2 şəhəri, N.Nərimanov küçəsi, ev 21a, mənzil 23 ünvanında qeydiyyatdadır və bu ünvanda da yaşayır. Bu barədə X22 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədova rəsmi məlumat vermişdir və dəfələrlə icra işinin aidiyyatı üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Lakin Quba rayon İcra və Probasiya Şöbəsi onlara məlum olmayan səbəblərdən icrası ona aid olmayan icra sənədini icra etməkdə davam edir. Bildirir ki, Quba rayon İcra və Probasiya şöbəsinin qəbul etdiyi Məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərarı Mayis Abdullayevə xx.xx.2023-cü ildə poçt vasitəsi ilə çatdırılmışdır. X16 xx.xx.2023-cü ildə çatdırıldığından, 10 günlük şikayət müddəti daxilində şikayəti Quba rayon Məhkəməsinə göndərilmişdir. Lakin Quba rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 8(027)-379/2023 saylı qərardadı ilə şikayəti geri qaytararaq, şikayət ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Dərhal müvafiq şikayət ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Lakin Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-452/2023 saylı qərardadı ilə şikayəti geri qaytararaq, şikayət ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Bu qərardada əsaslanmaqla, yenidən Quba rayon Məhkəməsinə müraciət edərək, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə tələbkarın nümayəndəsi Nümayəndə2 etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 14.08.20-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi üzrə yaranmış aliment borcuna dair Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-ci il tarixli qərarından caavbdeh və onun nümayəndəsinin verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın qüvvədə saxlanılmasını, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müxtəlif bəhanələrlə, əsassız şikayətlərlə qərəzli surətdə icra etmədiyinə görə caavbdeh X11 barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılmasını, qanunvericiliyin tələblərinə uyğun olmayan əsassız vəsatət və şikayətlər tərtib etməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına 3 ildən artıq müddətdə maneçilik yaradan AR Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq məhkəmə qərarlarında göstərilən səhvlərini düzəltmək əvəzinə bu qanunsuz və əsassız şikayətlərini davam etdirən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 Əlipaşa oğlu barəsində tədbir görülməsi üçün AR Vəkillər kollegiyasına müvafiq təqdimat göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətdə qeyd olunan dəlilləri araşdırıb, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı icra sənədi üzrə X1 aliment borcu 44979 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(105)- 1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, X4 xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-1694/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(012)-7743/2017 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 136.60 manat sabit pul məbləğində aliment və azyaşlı oğlunun 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(105)-1735/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(02)-7743/2017 saylı, 11 dekab 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında 14 oktyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş azyaşlı uşaqların X10 yanında qalmaları, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 və 15 iyul 2016-cı təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X4 hər ay hər uşaq üçün 110 manat cəmi 330 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətləri müddətin ötürülməsi əsası geri qaytarılmış, qaytarılma qərardadından şikayətlər də müxtəlif vaxtlarda qaytarılmaqla Bakı Apellyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutlması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barddə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə əsasən məbləği dəyişdirilmiş aliment barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən alimentin hesablanması müəyyən olunduğundan və hazırki iş üzrə alimentin dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi 18 iyul 2021-ci ildə qanuni qüvvəyə mindiyindən, aliment həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə iş üzrə X1 şikayəti əsasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-434/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-434/2023
17.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver