Məhkəmə qərarları › İş №8(027)-44/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-44/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-44/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədi üzrə X1 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə 27 may 2019-cı il tarixli qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciə edərək Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədi üzrə X2 Quba rayon İcra Şöbəsinin icra məmuru Rauf Quliyevin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə 27 may 2019-cı il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsində xx.xx.2015-ci il tarixli, 2(027)- 602/2015 saylı qətnamə qəbul edilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin daha sonra ərizəsi əsasında Quba rayon İcra Şöbəsi tərəfindən icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Həmin icra sənədi üzrə ona cəmi 216 mnat aliment ödənməlidir. Hazrıda alimentə ehtiyacı vardır. Qeyd edilənlərə əsasən həmin qərarın ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəsinin məzmununa uyğun izahat vermiş və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilən orqan öz nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, tələbkarın icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini barədə ərizəsi təmin edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədindən göründüyü kimi, Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment alınaraq Adilova (Məmmədova) Jalə Nəcəfəli qızına verilməlidir. Quba rayon Məhkəməsinin 2(027)-602/2015 saylı mülki iş materiallarından göründüyü kimi, X5 xx.xx.2019-cu il tarixdə icra sənədinin qaytarılması barədə müraciət etmiş və Quba rayon İcra Şöbəsinin icra məmuru Rauf Quliyev xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə 27 may 2019-cı il tarixli qərar qəbul etmişdir. Məhkəmədə müəyyən edildi ki, qeyd edilən icra sənədi həmin icra işi üzrə X1 ərizəsi əsasında geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X6 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq icra sənədinin icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Beləliklə də, X1 şikayəti təmin edilməli və Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədi Quba rayon İcra Şöbəsinin icra məmuru Rauf Quliyevin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə 27 may 2019-cı il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədi üzrə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 27 may 2019-cı il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı icra sənədi yenidən icraya yönəldilməklə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar