Məhkəmə qərarları › İş №8(027)-447/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-447/2022

29.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-447/2022 29.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən Borclu məxsus «VAZ-LADA PRİORA-217050» minik markalı, **-SN-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən, Borclu xx.xx.2021-ci il tarixdən başalayaraq, 24 aprel 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 284526 saylı icra işi açılaraq, xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və borcluya «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iclas qərarınin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbi icra etməmişdir. Borclunun əmlaklarının axtarışı nəticəsində, Borclu məxsus «VAZ-LADA PRİORA-217050» minik markalı, **-SN-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Borclu, tələbkar X4 və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş sənədlərində olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)- 2357/2021 saylı icra sənədinə əsasən, Borclu xx.xx.2021-ci il tarixdən başalayaraq, 24 aprel 2021ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. İş sənədlərində olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən iclas qərarınin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq rəisi vəzifəsini icra edənnun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən Borclu mülkiyyətində olan «VAZ-LADA PRİORA-217050» minik markalı, **-SN-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən Borclu mülkiyyətində olan «VAZ-LADA PRİORA-217050» minik markalı, **-SN-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar