Məhkəmə qərarları › İş №8(027)-454/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-454/2023

15.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-454/2023 15.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1007/2023 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nürəddin Əmrullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1007/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, Tələbkar QSC-nin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1007/2023 nömrəli icra sənədinə əsasən 01 fevral 2013-cü il tarixli 055/13 saylı kredit müqaviləsi üzrə 1939,79 manat əsas, 1750,02 manat faiz borcu olmaqla, cəmi 3689,81 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 56,89 manat məbləğində pul cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada Tələbkar QSC-nin xeyrinə tutulması qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmiş və həmin bildirişin borcluya çatması barədə xəbərnamə işin materiallarına əlavə edilmişdir. “İcra haqqında” AR Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Elektron məhkəmə sistemindən və iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-156/2023 saylı hökmündən çıxarışdan göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə Borclu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Borclu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilmişdir. Borclu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iş materiallarını araşdırıb Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(027)-156/2023 saylı hökmü ilə həbs edilməsinə görə Quba rayon İcra və probasiya şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1007/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nürəddin Əmrullayevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar