Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-456/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(027)-753/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(027)-753/2023 saylı icra sənədi üzrə borclu ünvan 1 ünvanında yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin olunmalıdır. İş sənədlərində Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(027)- 753/2023 saylı icra sənədinə əsasən cavabdeh X2 xx.xx.2022-ci il tarixli, RGTK5456432A165 saylı kredit müqaviləsi üzrə 12548 (on iki min beş yüz qırz səkkiz) manat 31 (otuz bir) qəpik əsas borc, 1757 (min yeddi yüz əlli yeddi) manat 24 (iyirmi dörd) qəpik faiz borcu olmaqla, cəmi 14305 (on dörd min üç yüz beş) manat 55 (əlli beş) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 132 (yüz otuz iki) manat 92 (doxsan iki) qəpik tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-753/2023 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı bildirişin göndərilməsini təsdiq edən xəbərnamənin surətindən müəyyən olunmuşdur ki, Borclu tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə şəxsən qəbul edilmişdir. Buna baxmayaraq o icra məmurunun çağırışlarından yayınaraq, tələbin icrasını təmin etməmişdir. Məhkəmə hesab edir ki,qeyd edilən icra sənədinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, borclu Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-753/2023 saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-456/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-456/2023
17.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver