Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-459/2022 26.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X3 qızının katibliyi, Borclu iştirakı ilə, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimatla məhkəməyə müraciət edərək iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-1492/2020 saylı icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əlavə xərc kimi 50 manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdirLakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasın Borclu icra sənədi üzrə borcunun olmadığını bildirərək, ödəniş qəbzlərini məhkəməyə təqdim edərək, təqdimatın təmin edilməməsini xahiş etdi. İş üzrə tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 1492/2020 saylı icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əlavə xərc kimi 50 manat məbləğində pul X2 xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, həmin bildirişin borclu tərəfindən qəbul edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Borclu icra sənədi üzrə aylıq ödənişləri tələbkəra ödəmişdir. Hazırda isə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin, hazırki iş üzrə Borclu icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat təmin edilə bilməz. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-1492/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-459/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-459/2022
26.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver