Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-46/2025 14.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X1 iştirakı ilə, X4 tərəfindən alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-152/2021 saylı qətnaməsinə əsasən 08 oktyabr 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına kimi saxlanılması üçün Xaçmaz şəhəri, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olan X7 hər ay uşağa görə tutulan 170 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq X7 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-152/2021 saylı qətnaməsinə əsasən X7 xx.xx.2020-ci il tarixdən başlayaraq 08 oktyabr 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb, X8 verilməsi qət edilmişdir. Onun 08 oktyabr 2019-cu il təvəllüdlü X13 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün X7 hər ay uşaq üçün tutulan 170 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay uşaq üçün 0,80 faiz mislində müəyyən edilməlidir. Cavabdeh X11 maddi imkanı yaxşıdır, pensiya alır və Xaçmaz rayonunun Kommunal Təsərrüfat idarəsində işləyir. Ona görə də cavabdeh yüksək məbləğdə aliment ödəməyə qadirdir. Həm də ata kimi uşağını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur, məlum olduğu kimi “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun ilə 2025-ci ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında X4 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəf X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-152/2021 saylı qətnaməsinə əsasən X7 xx.xx.2020-ci il tarixdən başlayaraq 08 oktyabr 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb, X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əmək haqqının məbləğinin artırılması” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 sentyabr 2021- ci il tarixdən 250 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən ərizə təmin edilməlidir. Belə ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-152/2021 saylı qətnaməsinə əsasən X7 xx.xx.2020-ci il tarixdən başlayaraq 08 oktyabr 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb, X8 verilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi üzrə müraciətini 17 iyul 2020-ci il tarixdə etmiş və alimentin tutulmasının başlanma 27 yanvar 2021-ci il tarixli qətnamə ilə 17 iyul 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, 08 oktyabr 2019-cu il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli X9 Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-152/2021 saylı qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 17 iyul 2020-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması 04 mart 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 08 oktyabr 2019-cu il təvəllüdlü X2 üçün X3 artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilsin. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-46/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-46/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver