Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-466/2023 28.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla müraciət edərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-653/2022 saylı icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(029)-653/2022 saylı icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunan icra sənədi üzrə 185032/2022 saylı icra işi açılmış, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Hazırda Borclu bu vaxta qədər ödəniş etməmişdir. Hal-hazırda icra sənədi üzrə borcu 2240 manat və 36,80 manat dövlət rüsumu təşkil edir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına “Opel Kadett D” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin borcluya məxsus olan avtomobil üzərinə yönəldilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, o bu günə kimi aliment borcundan 1300 manat ödəniş etmişdir, sonradan məlum səbəblərə görə ödəniş edə bilməmişdir. Tələbin ona məxsus avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi barədə təqdimat verilmişdir, lakin ona məxsus avtomobil yarasızdır. Ona borcun ödənilməsi üçün 10 gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş sənədlərində olan Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(029)-653/2022 saylı icra sənədinə əsasən, borclu xx xxxxxxx 1988-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Borclu Tələbkar xeyrinə 02 oktyabr 2015-ci il təvəiiüdlü Mehdiyev- Rafael Hikmət oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 140 (yüz qırx) manat miqdarda alimentin tutulması qət edilmişdir. İş sənədlərində olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nurəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(029)-653/2022 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün ona bildiriş göndərilmiş, qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Həmin Qanunun 58.1.1-ci maddəsinə əsasən borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması növbəlilik üzrə birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak) üzrə həyata keçirilir: Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(029)-653/2022 saylı icra sənədinə əsasən Borclu məxsus “Opel Kadett D” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(029)-653/2022 saylı icra sənədin icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Opel Kadett D minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-466/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-466/2023
28.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver