Məhkəmə qərarları › İş №8(027)-481/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-481/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-481/2023 23.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2092/2022 saylı icra sənədi üzrə tələbkar X6 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2092/2022 saylı icra sənədi üzrə tələbkar X4 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X9 şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2092/2022 saylı icra sənədi üzrə borclu X3 dəymiş ziyanın əvəzi olaraq 4000 manat məbləğində pul və hazırkı iddia ilə əlaqədar 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq 295474/22 saylı icra işi açılmışdır. Eyni zamanda borclularla “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra sənədinin icrası istiqamətində, müəyyən icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. 18 aprel 2023-cü il tarixində icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclu X7 barəsində İXM -nin 528.1-ci maddəsi üzrə Quba Rayon Məhkəməsinə protokol verilmiş və 500 manat məbləğində cərimə edilmişdir. Sonradan borclu X7 barəsində xx.xx.2023-cü il tarixində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat verilmiş Quba rayon məhkəməsinin 8(027)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təmin olunmuşdur. Bundan sonra Quba Rayon İcra Şöbəsinin icra məmuru Elmar Abdullayev tərəfindən, həmin pulun ödənilməsi istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq orqanlara sorğular verilməsinə və əmlakına baxış keçirilməsinə baxmayaraq görülmüş tədbirlərin nəticə verməməsi əsası ilə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 10.10 2022-cı il tarixli, 2(027)- 2092/2022 saylı icra sənədinin məhkəməyə qaytarılması haqqında 28 avqust 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin məmuru tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında Qərarla razılaşmır. Qərarda göstərilənlər əsas vermir ki, icra sənədi məhkəməyə qaytarılsın. İcra sənədi üzrə pulun ödənilməsi üçün tədbirlər davam etdirilməlidir. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. İş üzrə borclu və Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2092/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2092/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar