Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-488/2022 07.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 iştirakı ilə, Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə X1nın Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 (icraata xitam verilməsi haqqında) qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə X1 Quba rayon İcra Şöbəsinin icra məmuru X12 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə X4 ərizəsinin təmin edilməsi və Quba rayon İcra Şöbəsinin icra məmuru X12 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 ərizəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)- 578/2022 saylı icra sənədinə əsasən SSRİ-nin 50 illiyi adma sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli, 119 nömrəli əmrinə əsasən onun mərhum əri X5 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsinə, borclu X6 tərəfindən mülkiyyət hüququmun həyata keçirilməsində və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına yaranmış maneələr aradan qaldırılmalıdır. Qeyd edilən icra sənədi icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O işin icrası ilə əlaqədar olaraq Quba rayon İcra və Probasiya şöbəsinə çağrılıb. Burada onun qanunu bilməməzliyindən və savadsızlığından istifadə edərək ona ərizə yazdırıblar. Bundan sonra o yazdığı ərziənin iş üzrə icraata xitam verilməsi barədə ərizə olduğunu öyrənib. Nəticədə, Quba rayon İca və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev tərəfindən 24 avqust 2022-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş və ona həmin qərar rəsmi qaydada 20 sentyabr 2022-ci il tarixdə verilmişdir. Həmin qərarda İcra haqqında qanunun 20.1.5-ci bəndinə istinad edərək güya icra sənədi tam icra olunduğu əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Əgər icra olunsaydı, yəqin ki, icra məmuru da öz səlahiyyətləri daxilində bu halı aktlaşdırar və ya başqa şəkildə rəsmiləşdirərdi. Hətta ərizənin alınması halının özü də icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas hesab edilə bilməzdi, çünki belə bir əsas “İcra Haqqında"' Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin heç bir bəndində nəzərdə tutulmamışdır. Halbuki icra sənədi üzrə tələbin təmin olunmasından, ümumiyyətlə, söhbət gedə bilməz, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli. 2(027)-578/2022 saylı icra sənədi qətiyyən icra edilməmişdir. Bununla yanaşı onun savadsızlığından istifadə edərək ərizə almış, onun hüquqlarını pozmuşlar. Qeyd etdiklərinə əsasən, hesab edir ki, Quba rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 24 avqust 2022-ci il tarixli qərarı əsassızdır və ləğv edilməli, məhkəmənin verdiyi icra sənədi üzrə icraat davam etdirilməlidir. Əks təqdirdə onun qanunvericilikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ pozulmuş olar. Odur ki, Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə X1 Quba rayon İcra Şöbəsinin icra məmuru X12 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə X1nın şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. Quba rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-578/2022 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-488/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-488/2022
07.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver