Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-490/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, Borclu iştirakı ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan daşınmaz əmlaklarına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(027)-1324/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X5, X6, X7 və Borclu müştərək qaydada cəmi 12468.31 manat məbləğində borc və 127.81 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənəd üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borc unun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********01-06301 reyestr nömrəli və ********** qeydiyat nömrəli, **********56-06301 reyestr nömrəli qeyri-yaşayış binaları mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul verilməsi xahiş olunur. Məhkəmə iclasında Borclu izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1324/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan və digər cavabdehlərdən müştərək qaydada 12446,19 manat məbləğində əsas kredit borcu, 22,12 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 12468,31 manat məbləğində pul və 127,81 manat manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Hazırda müştərək qaydada ödənilməli olan borcunu ödəməyə maddi imkanı yoxdur. İcra vərəqəsində adları keçən şəxslərlə söhbətlər apararaq borclarını ödəməyə nail ola bilmir. Ona görə də təqdimatın rədd edilməsini xahiş edir. İş üzrə Tələbkar ASC-nin nümayəndəsi ərizə göndərərək, ərizəsində işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında icra məmurunun təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Ona görə də məhkəmə işə, təqdimat verən orqanın nümayəndəsinin, iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə Borclu dinləyib, borclunun əmlakı üzərində həbs qoyulması barədə təqdimatı və işin materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi tərfindən verilmiş 2(027)- 1324/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı Tələbkar ASC ilə cavabdeh X5 arasında bağlanmış Rest№ 008CASA192260001 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər X1, X2, X3 və Borclu müştərək qaydada 12446,19 manat məbləğində əsas kredit borcu, 22,12 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 12468,31 manat məbləğində pul və 127,81 manat manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Məhkəmə iclasında işin materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-1324/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ********** qeydiyat nömrəli, **********56-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Quba rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-1324/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ********** qeydiyat nömrəli, **********56-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-490/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-490/2023
29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver