Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-499/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 16 oktyabr 2019-cu il tarixli qərarından X2nun şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədi üzrə X2 Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 16 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədinə əsasən cavabdeh X11 ******* N-li RX seriyalı Çıxarışla ona məxsus Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən torpaq sahəsindən çıxarılması və cavabdehin qanunsuz sahibliyindən ona qaytarılması qət edilmiş və icra edilməsi üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra və Probasiya Şöbəsi icra hərəkətlərinə başlamış və icra sənədi icra edildiyi üçün icra sənədinə xitam verilmişdir. Xitamın əsası kimi onun ərizəsi əsas götürülmüşdür. Bildirir ki, borclu daş tikililəri sökməyə başlayanda o artıq icra sənədinin icra ediləcəyini güman edərək belə bir ərizə təqdim edib, lakin icra sənədi üzrə göstərilənlər tam şəkildə icra edilməmiş və borclu qərəzli olaraq icra sənədini natamam formada icra etmişdir. Hazırda məhkəməyə təqdim etdiyi video diskdə bütün bu deyilənlər tam əksini tapmışdır. Bundan başqa qeyd edir ki, borclu daş tikililəri sökəndən sonra həmin daşların bir qismindən özünə ev tikmiş, yerdə qalan daşlar və alətlər ona məxsus torpaq sahəsindən çıxarılmamış, həmin torpaq sahəsi onun sahibliyinə tam şəkildə qaytarılmamış, faktiki olaraq zəbt edilmiş sahə kimi qalmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. O Bakı şəhərində yaşadığı üçün Quba rayonuna çox azaz gəlir və Akt tərtib edilən zaman artıq onun söküləcəyini və qətnamənin tam icra ediləcəyini güman edərək arxayın şəkildə Bakı şəhərinə gəlib və artıq güman edib ki, icra sənədi icra edilmişdir. Lakin sonradan ona məlum olmuşdu ki, icra sənədi icra edilməmişdir. Sonuncu dəfə Quba Rayon İcra və Probasiya Şöbəsinə yazılı müraciətinə cavab olaraq bildirilmişdir ki, müvafiq icra hərəkətlərinin davam etdirilməsi üçün Quba Rayon Məhkəməsi icra sənədini yenidən icraya yönəltməlidir və bundan sonra müvafiq icra hərəkətləri davam etdirilə bilər. Bütün bunları nəzərə alaraq Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdi. Məhkəmə ona xx.xx.2023-cü il tarixli ərizə ilə cavab verərək bildirmişdi ki, icra sənədi üzrə icraata xitam verilmə haqqında qərar ləğv edilmədən tələbinin təmin edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, “icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək, habelə məhkəməyə disk təqdim edərək, diskdəki fotogörüntlərdən borclunun icra sənədini qərəzli olaraq tam icra etmədiyini qeyd edərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş, borclu məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Quba rayon İcra və probasiya şöbəsinin X6 ünvanlanmış məktubundan görünür ki, icra sənədi üzrə tələb tam təmin olunduğuna görə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədinə xitam verildiyi, həmin icra sənədini yenidən icraya yönəldilməsi üçün Quba rayon Məhkəməsinə müraciət olunması və daha sonra icra sənədi barədə qanuna müvafiq tədbirlər həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İcra sənədi üzrə cavabdeh X8 Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən torpaq sahəsindən çıxarılmasına dair icra sənədi icra edildikdən sonra hazırki vaxtda müəyyən icra hərəkətlətinin yenidən icra edilməsi zərurəti yarandığından, məhkəmə hesab edir ki, “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 16 oktyabr 2019-cu il tarixli qərar ləğv edilməli və Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba rayon İcra Şöbəsinin icra məmuru X10 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 16 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-499/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-499/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver