Məhkəmə qərarları › İş №8(027)-5/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-5/2024

02.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-5/2024 02.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə iştirakı ilə Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi üzrə tələbkar X2 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarı ləğv edilsin və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1972/2022 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar