Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-50/2025 25.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e-2(027)-1841/2024 saylı icra sənədi üzrə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tələbkar X2 ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin e-2(027)-1841/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası qaydasının dəyişdirilərək, övladları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək müəyyən edilmiş ünsiyyət hüququnun rejiminin videozəng vasitəsilə həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş e- 2(027)-1841/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən övladları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. Hazırda Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olduğundan övladlarında fiziki təmas şəraitində ünsiyyəti qeyri-mümkündür. Məhkəmə iclasında tələbkar X2 nümayəndəsi Nümayəndə bildirmişdir ki, oğlu X10 Respublikasında təhsil alır. Hazırda Azərbaycan Respublikasına gələ bilmədiyindən telefon vasitəsi ilə videozəng vasitəsi ilə ünsiyyət qurmaq istəyir. Ona görə də, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərində olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş verilmiş xx.xx.2024-cü il tarixli, e-2(027)-1841/2024 saylı icra sənədinə əsasən X2 övladları, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günləri saat 12:00-dan17:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasında yaşamır. İş materialını araşdıraraq məhkəmə hesab edir ki, tələbkarın qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Habelə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1841/2024 saylı qətnaməsinə əsasən X2 övladları, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günləri saat 12:00-dan17:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. Lakin, X3 xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasında yaşamır. Ona görə də, Quba Rayon Məhkəməsinin e-2(027)-1841/2024 №li, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası qaydasının dəyişdirilərək, övladları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 12:00-dan 17:00-dək müəyyən edilmiş ünsiyyət hüququnun rejiminin videozəng vasitəsilə həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hər iki valideyn öz uşaqları barəsində eyni hüquq və vəzifələrə malikdir. Belə ki, hər iki valideyn uşaqların normal inkişafının təmin edilməsi, onların sağlam ruhda böyüdülməsi, fizki, əqli, mənəvi inkişafının təmin edilməsi, onun qayğısına qalınması, maddi mənəvi tələbatlarının ödənilməsi, habelə onun hüquq və mənafelərinin təmin edilməsi ilə bağlı eyni vəzifələrə malik olmaqla, buna görə bərabər əsaslarla məsuliyyət daşıyır. Eyni zamanda, valideynlərin hər ikisi uşaqla ünsiyyət hüququna malik olmaqla, onun tərbiyəsi, təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmçinin, uşaqların özünün də hər iki valideynlə ünsiyyətdə olmaq hüququ, habelə hər iki valideynin qayğısı ilə təmin olunmaq kimi hüquqları vardır. Təsadüfi deyildir ki, qanunvericilikdə uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaq hüququna malik olması, onun uşaqla ünsiyyətinə maneçilik törədilməsinin yolverilməzliyi, habelə uşağın özünün məhz ondan ayrı yaşayan valideynlə ünsiyyət saxlamaq hüququna malik olması məsələləri birbaşa tənzim olunur. Həmçinin, qanunvericilikdə uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına isə müstəsna hallarda, yəni ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyi hallarda yol verilir. Qeyd olunanlara əsasən, tələbkar X2 ərizəsi təmin edilməli, Quba Rayon Məhkəməsinin e- 2(027)-1841/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası qaydasının dəyişdirilərək, X3 övladları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 13:00-dan 16:00-dək müəyyən edilmiş ünsiyyət hüququnun rejimi videozəng vasitəsilə həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 264-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizə qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin e-2(027)-1841/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası qaydası dəyişdirilsin. X3 övladları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 13:00-dan 16:00-dək müəyyən edilmiş ünsiyyət hüququ videozəng vasitəsilə həyata keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-50/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-50/2025
25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver