Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-501/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Borclu Seyidməmməd oğlunun iştirakı ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinə təqdimat verərək, Borclu Seyidməmməd oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1059/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 aprel 2023-cü il tarixdən cavabdeh Borclu Seyidməmməd oğlundan hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, üç uşağa görə hər ay 510 (beş yüz on) manat sabit pul məbləğində aliment Borclu Seyidməmməd oğlundan tutularaq Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraat başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Seyidməmməd oğluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu Seyidməmməd oğlu Tələbkar xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iş üzrə borclu Kərimov X3 rayon İcra və Probasiya Şöbəsi tərəfindən çağırıldığını, həmin vaxt Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun yanında olduğunu, aliment borcunu yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1059/2023 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 aprel 2023-cü il tarixdən cavabdeh Borclu Seyidməmməd oğlundan hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, üç uşağa görə hər ay 510 (beş yüz on) manat sabit pul məbləğində aliment Borclu Seyidməmməd oğlundan tutularaq Tələbkar verilməldir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Seyidməmməd oğluna icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə verilmiş təqdimatda Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyev Borclu Seyidməmməd oğlunun ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasının təmin etmək məqsədini qeyd etsə də, borclunun ölkə hüdudlarına gedib-gəlməsinin icra prosesinə hansı maneçiliklərin törətməsini əsaslandırmamışdır. Bu isə təqdimatın əsassız olmasını göstərir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-501/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-501/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver