Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-510/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1268/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu ünvan 1i ünvanında yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1268/2022 saylı icra sənədi üzrə borclu ünvan 1i ünvanında yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin olunmalıdır. İş sənədlərində Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)- 1268/2022 saylı icra sənədinə əsasən İddiaçı Tələbkar MMC ilə cavabdeh Borclu arasır 26 iyun 2021 -ci il tarixli MAS-3992 saylı "Daxili lizinq" müqaviləsinin ləğv edilnəsi; Cavabdeh Borclu 26 iyun 2021 -ci il tarixli M. “Daxili lizinq" müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 21 aprel 2022-c (min yüz əlli) manat 53 qəpik gecikdirilmiş əsas, 1425 (min dörd yüz iyirmi beş) manat gecikdirilmiş mükafat, 42 (qırx iki) manat 28 qəpik dəbbə pulu və lizinq obyekti o dəymiş zərər 1247 ( min iki yüz qırx yeddi) manat, 1078 (min yetmiş səkkiz) m cərimələr və dövlət rüsumu üçün ödənilmiş 75 (yetmiş beş) manat 94 qəpik n vəsaiti tutulub Tələbkar MMC-nə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1268/2022 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda, barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, bildirişin göndərilməsini təsdiq edən xəbərnamə xx.xx.2023-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə hesab edir ki,qeyd edilən icra sənədinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, borclu Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1268/2022 saylı icra sənədi üzrə borclu, ünvan 1i ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-510/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-510/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver