Məhkəmə qərarları › İş №8(027)-512/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-512/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-512/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Borclu cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı pul tələbinə dar Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 saylı mülki iş həll edilənədək Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onunla bağlanmış müqaviləyə əsasən Borclu hüquqlarının müdafiəsi ona həvalə edilmişdir. Quba rayon məhkəməsində baxılmış 2(027)-1474/2021 saylı mülki iş üzrə qəbul edilmiş 12 avqust 2021-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilərək cavabdehlər X2, X7 və Borclu JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılar X1, X3, X4, X5 və digər ailə üzvləri X6 Quba rayonu, Aşağı Xuc" kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçıların adlarına çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-67/2023 saylı 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Borclu aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Quba rayon Məhkəməsinin 2(027)-1474/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında qəbul edilmiş icra sənədi hazırda Quba rayon İcra və probasiya Şöbəsinin icraatındadır. Tərəflərindən cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı mübahisəli hesab edilən bağ sahəsinin becərilməsinə, istifadəsinə və saxlanmasına görə vurulmuş maddi ziyan hesabına 24.011 (iyirmi dörd min on bir) manat, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağır becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 (yüz əlli min) manat, ödənilmiş dövlət rüsumu hesabına 464 (dörd yüz altmış dörd min) manat, cəmi 174.464 (yüz yetmiş dörd min dörd yüz altmış dörd) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmin 2(011)- 3285/2023 saylı mülki iş hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu .er üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən oaşlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer jzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu .er üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə oorclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında rəqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1 və 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka "aqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən ddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə era sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1 və 19.1.3-cü maddəsinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqan - qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. İddiaçı Borclu cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı pul tələbinə dar Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 saylı mülki iş həll edilənədək Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə qərar qəbul ediməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçi və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə ərizəçinin və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, ərizəçi Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, X1, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubovca) Emma Yaqub qızına qarşı pul tələbinə dar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 saylı mülki iş həll edilənədək Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması xahiş etsədə, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 saylı mülki işlə Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı icra iş arasında hər hansısa əlaqənin olub-olmamasını və icraat dayandırılmadığı təqdirdə Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3285/2023 saylı mülki işə baxılmasına hansı maneənin yaranacağını bildirməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə ərizəsinin təmin edilməməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan 2(027)-1474/2021 saylı mülki iş üzrə çıxarılmış icra sənədinin icraatının dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar