Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-516/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 borclu ünvan 1 ünvanında qeydiyyatda olan, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)- 2357/2021 saylı icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X6 anası X2 himayəsinə verilməlidir. Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, 24 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmə diyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məlumat üçün bildirir ki, Borclu hal-hazırda 510 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, o hər ay ödəniş edib, lakin 3 aydır ki, bank aparatları ilə ödənişi edə bilmir, tələbkarın adına olan kart işləmir. Dəfələrlə cəhd edib, cəhdi boşa çıxıb. Hal-hazırda 2 aylıq ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə, tələbkar, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X6 anası X2 himayəsinə verilməlidir. Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, 24 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunan 20999 nömrəli qəbzdən görünür ki, Borclu “Kapital Bank” vasitəsilə 340 (üç yüz qırx) manat aliment ödənişi etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi üzrə qalıq borc üzrə ödəniş edildiyindən, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2357/2021 saylı icra sənədi üzrə borclu, xx xxx 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yaşayan yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X10 (X11) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına əsasən, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19, 21, 84- 1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin 2(027)- 2357/2021 saylı icra sənədi üzrə borclu, xx xxx 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yaşayan yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-516/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-516/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver