Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-517/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimat ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 8(027)-558/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 2106” markalı ** BC *** dövlət nömrə nişanlı avtonəqliyyat vastəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)-1935/2016 saylı icra sənədinə əsasən borclular Borclu, X4, X6, X7 və X5 cəmi 4823 manat məbləğində borc tələbkar "xxxx" hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş 25968/23 saylı icra işi açılmışdır. Eyni zamanda iş üzrə borclu tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Lakin borclu tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmişdir. Ona görədə tələb Borclu mülkiyyətində olan “VAZ-2106” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi üçün Quba rayon məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 8(027)-558/2017 saylı qərardadına əsasən həmin avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı tələbkar "xxxx" (Aqrarkredit QSC) ASC məktubla şöbəyə müraciət edərək borclular tərəfindən tələbin tam təmin olduğunu bildirmişdir. Belə ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)-1935/2016 saylı icra sənədi üzrə tərəfimdən icraata xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Borclu mülkiyyətində olan “VAZ-2106” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə üzərinə Quba Rayon Məhkəməsinin xx.xx.2017-ciil tarixli 8(027)- 558/2017 saylı qərardadlı həbsin götürülməsinə dair göstəriş verilməsini xahiş etmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli 2(027)-1935/2016 saylı Məhkəmə Əmrindən görünür ki, xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu, xx.xx.1959-cu ildə Quba rayonu, Kürkün kəndində anadan olmuş, Quba rayonu. Kürkün kəndində qeydiyyatda olan və yaşayan X1, xx.xx.1989-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X2. xx.xx.1956-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X3 və xx.xx.1977-ci ildə ünvan 4 ünvanında qeydiyyatda, olan və yaşayan X5 müştərək qaydada 3672 manat əsas borcun, 1131 manat faiz, cəmi 4803 manat məbləğində pul alınaraq "xxxx" ASC-nə verilsin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 8(027)- 558/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 2106” markalı ** BC *** dövlət nömrə nişanlı avtonəqliyyat vastəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-558/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “VAZ 2106” markalı ** BC *** dövlət nömrə nişanlı avtonəqliyyat vastəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Quba rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-517/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-517/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver