Məhkəmə qərarları › İş №8(027)-519/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-519/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-519/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1981/2022 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə 13 oktyabr 2023-cü il tarixli qərarından X3nun şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1981/2022 saylı icra sənədi üzrə X3 Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli, 2(027)- 1981/2022 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə qaytarılması barədə 13 oktyabr 2023cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. X3 ərizəsində göstərmişdir ki, etdiyi şikayətə məhkəmə tərəfindən baxılaraq, icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. İcra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən Quba rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş, borclu məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci tarixli, 2(027)- 2007/2018 saylı icra sənədinə əsasən borclu, alakişiyev Namiq Zali oğlundan 180 manat məbləğində əsas borc, hüquqi yardıma görə 30 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq 303146/22 saylı icra işi açılmışdır. Eyni zamanda borclulara “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bununla bağlı borclunun və onların birgə mülkiyyətdə olan tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş o. cümlədən əmlakına baxış keçirilmişdir. Lakin görülmüş tədbirlər nəticə verməmişdir. İcra sənədinin icrası istiqamətində, müxtəlif icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə tədbir davam etdirilmiş və borclunun X6 barəsində xx.xx.2023-cü il tarixində İXM-nin 528-1-cı maddəsi Quba rayon Məhkəməsinə protokol verilmiş və inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Ona görə də “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cu maddəsinə əsasən Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1981/2022 saylı icra sənədi üzrə icra sənədi geri qaytarılması zəruriəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, icra məmuru icra sənədi üzrə müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq iş üzrə tələbin tam olaraq təmin edilməsinin mümkün olmadığını əsas gətirərək, icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır. Belə ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir. İcra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Ona görə də qeyd edilən “icra sənədinin qaytarılması haqqında” 13 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməli və Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1981/2022 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli, 2(027)-1981/2022 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 13 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1981/2022 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar