Məhkəmə qərarları › İş №8(027)-526/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-526/2022

04.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-526/2022 04.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Tələbkar Borclu və borclu X3 iştirakı ilə, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə tələbkar Borclu Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə tələbkar Borclu Quba rayon İcra Şöbəsinin icra məmuru X5 xx.xx.2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə Borclu ərizəsinin təmin edilməsi və Quba rayon İcra Şöbəsinin icra məmuru X5 xx.xx.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Borclu ərizəsində göstərmişdir ki, o cavabdeh X4 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onun övladları X6 və X7 ilə birlikdə Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. Bundan sonra mülki iş icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası mərhələsində icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi üçün vaxt təyin edilmiş və 11 yanvar 2022-ci il tarixdə icra məmurlarının və digər şəxslərin iştirakı ilə akt tərtib edilərək onun və övladlarının qətnamədə qeyd edilən fərdi yaşayış evinə köçürülməyilə bağlı icra tədbirinin uğurla həyata keçirildiyi və işin icra olunduğu qeyd edilmiş, bununla bağlı ondan ərizə alınmışdır. Belə ki, həmin vaxt iş üzrə borclu X9 onu və icra məmurlarını aldadaraq onları evə köçürülməyinə heç bir maneə yaratmayacağını bildirmişdir. Lakin icra məmurları ərazidən uzaqlaşandan sonra borclu yenidən onu və övladlarını qeyd edilən fərdi yaşayış evindən qovmuş və həmin evdə yaşamağa qoymayacağını bildirmişdir. Bununla da Azərbaycan Resublikasının adından qəbul edilmiş məhkəmə qətnaməsi reallıqda icra olunmayaraq onun ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. O sonradan qeyd edilən icra sənədinin reallıqda icra edilməməsi və iş üzrə borclunun onu və azyaşlı övladlarını qətnamədə köçürülməyi tələb edildiyi fərdi yaşayış evindən qovduğunu qeyd etməklə yenidən icra hərəkətlərinin davam etdirilməsini tələb etsə də, ona 11 yanvar 2022-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərar təqdim edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021 -tarixli, 2(027)- 1265/2021 saylı icra sənədinə xitam verilməsi bildirilmişdir. Bundan sonra o Quba rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarından ərziə ilə şikayət edib. Quba Rayon Məhkəməsinin 8(027)-220/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh X3 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadından apelyasiya şikayəti verdiyi üçün şikayətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh X9 xx.xx.2022-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadından apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1987/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verə bilməz. Beləliklə də, cavabdeh X2 Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qətnaməsindən də şikayət vermə səlahiyyətlərini itirmişdir. Göründüyü kimi o və uşaqları məhkəmə qətnaməsi ilə köçülməyi qət edildiyi fərdi yaşayış evinə faktiki olaraq köçürülməyib və iş üzrə borclu X1 adından çıxarılmış məhkəmə qətnaməsinin icrasına maneə olur. İcra sənədi icra olunmadığı üçün icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv edilərək, 2(027)-1265/2021 saylı mülki iş icra olunması üçün yenidən Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən icra sənədinin yenidən icraya yönəldilməsini istəyir. Məhkəmədə borclu X9 şikayətin təmin edilməməsini xahiş etdi. Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 1265/2021saylı icra sənədi üzrə tələbkar Borclu Quba rayon İcra Şöbəsinin icra məmuru X5 xx.xx.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021saylı icra sənədinə əsasən iddiaçı Borclu övladları X6 və X7 ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində, inşa edilmiş bir mərtəbəli yaşayış evinə köçürülməsi qət edilmişdir Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1987/2022 saylı qərardadı ilə cavabdeh X3 şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 26.iyul 2022-ci il və 16 avqust 2022-ci il tarixli, 2(027)-1265/2021saylı qərardadları dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Borclu şikayəti əsasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar