Məhkəmə qərarları › İş №8(027)-54/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-54/2023

22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-54/2023 22.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon Qeydiyyat şöbəsindən daxil olmuş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2710/2022 saylı qətnaməsinə izah verilməsi barədə ərizəyə baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2710/2022 saylı qətnaməsi ilə X1 xx.xx.2018-ci ildə X4 doğulması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X5”, anası qrafasında “X7” qeyd olunması qət olunmuşdur. Quba rayon Qeydiyyat şöbəsindən qeyd edilən qətnaməyə izah verilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(027)-2710/2022 saylı icra sənədinə əsasən X1 xx.xx.2018-ci ildə doğulması faktı müəyyən edilmişdir. Bundan sonra həmin qətnamə xx.xx.2023- cü il tarixli məktubla qanuni qüvvəyə mindiyindən icra olunduğu üçün Quba rayon qeydiyyat şöbəsinə göndərilmişdir. Lakin həmin qətnamənin qət etdi hissəsində anlaşılmazlıq olduğundan qətnamənin icrasında çətinliklər yarandığı üçün qeyd olunan qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Belə ki, qətnamənin qət etdi hissəsində uşaq X1 doğumu qeydə alınarkən uşaq qrafasında “X3”,ata qrafasında “X5” və ana qrafasında “X7” yazılması qeyd olunsa da soyadları müxtəlif yazılmışdır. Məhkəmənin qət etdi hissəsində Məryəmin soyadı göstərilmədən və ya “Mahmudova” kimi qeyd olunarsa, qətnaməni icra etmək mümkün olacaqdır. Uşağın soyadı qətnamədə İbrahimova qeyd olunduğu üçün ananın vəsiqəsində soyadı “Mahmudova” yazıldığından onları eyniləşdirmək mümkün olmur və elektron informasiya sisteminə yerləşdirilməsində çətinliklər yaranır. Məhz bu barədə uşağın soyadına münasibətdə müvafiq izah verilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2710/2022-ci il nömrəli qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, ərizəçi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə hesab edir ki, qeyd edilən qətnamənin məzmununu dəyişdirmədən izah verilməsi ilə icrada yaranmış çətinliyi aradan qaldırmaq mümkün deyildir. Belə ki, icrada yaranmış çətinlik yalnız qətnamədə müvafiq yalnışlığın düzəldilməsilə aradan qaldırıla bilər. Şərh olunanlara əsasən, qətnamənin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsi barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Quba rayon Qeydiyyat şöbəsindən daxil olmuş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2710/2022-ci il nömrəli qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar