Məhkəmə qərarları › İş №8(027)-545/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-545/2022

02.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-545/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-117/2022 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə M üə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-117/2022 saylı icra sənədinə əsasən Borclu dəymiş ziyana görə 380 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaiti alınıb Tələbkar verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcun əmlaka yönəldilməsi üçün Quba Rayon Məhkəməsinin 8(027)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Borclu adına olan «Chevrolet Cruze» minik markalı, **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələb təmin edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə nəzərə alaraq, Borclunın adına olan «Chevrolet Cruze» minik markalı, **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxmağı xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu, Tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işdə olan Quba Rayon Məhkəməsinin 8(027)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Borclu adına olan «Chevrolet Cruze» minik markalı, **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən məlum olur ki, Borclu Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(027)-117/2022 saylı icra sənədinə əsasən Tələbkar olan borcunu xx.xx.2022-ci il tarixdə tam olaraq ödəyib, icraata xitam verilməsi xahiş olunub. İşdə olan Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-117/2022 saylı icra sənədinə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba Rayon Məhkəməsinin 8(027)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclul oğlunun mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini qanuna uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar