Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-566/2022 20.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-351/2021 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-351/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Səkinəxanım küçəsi 42-də yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-351/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Tələbkar Ali Asghar qızının xeyrinə tutulması müəyyən edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmiş və həmin bildirişin borcluya çatması barədə xəbərnamə işin materiallarına əlavə edilmişdir. “İcra haqqında” AR Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-351/2021 nömrəli icra sənədinin icrası istiqamətində icra məmuru tərəfindən zəruri icra hərəkətləri həyata keçirilmədiyindən borclunun polis orqanı vasitəsilə məcburi qaydada gətirilməsinə zərurət yaranmadığından, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru borculunun qeydiyyatda olduğu ünvanında yaşayıbyaşamasını yoxlamamış və byna dair müvafiq akt tərtib etməmişdir. Həmçinin icra işindən görünür ki, borclunun mülkiyyətində müəyyən əmlaklar mövcuddur ki, onların üzərinə həbs qoyulması ilə bağlı icra məmuru heç bir tədbir görməmişdir. Bununla yanaşı, icra məmuru telefon vasitəsi ilə borclu ilə əlaqə saxladıqda, sonuncu tələbkarla razılığa gəldiyini və bu barədə aralarında notarial razılaşma olduğunu bildirsə də, həmin xüsusat da icra məmuru tərəfindən yoxlanılmamışdır. Məhkəmə hesab edir ki, bütün bu tədbirlər görülmədən hazırki təqdimatın təmin edilməsinə lüzum yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-351/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-566/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-566/2022
20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver