Məhkəmə qərarları › İş №8(027)-57/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-57/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-57/2025 15.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi? Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Digah kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Tələbkar mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.m hissəsindən çıxarılmalıdır. Borclu X1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Tələbkar mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılmalıdır. İcra sənədi 19.01,2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular X1 və Borclu Qizinın icra sənədində göstərilən ünvanlarına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Quba rayon İcra və Probasiya şöbəsi və tələbkar nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə təqdimat vermiş orqanın və tələbkarın nümayəndəsinin, habelə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu dəfələrlə icra şöbəsinə getdiyini, izahat verdiyini, yenidən yaxınlaşacağını bildirmiş və təqdimatın təmin edilməməsini xahiş etmişdir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı qərarının surətindən göründyü kimi, cavabdeh Borclu Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçı Tələbkar mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.metr hissəsindən çıxarılmış, cavabdeh X1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçı Tələbkar mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Borclu Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu rəsmi bildiriş göndərilmişdir. Lakin işə bildirişin alınmasını təsdiq edən sənəd əlavə olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə də, Borclu icra şöbəsinə çağırılması barədə məlumatla bağlı sübut əlavə olunmadığından, məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığını hal-hazırda müəyyən etmək mümkün deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Digah kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar