Məhkəmə qərarları › İş №8(027)-59/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-59/2023

24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-59/2023 24.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-2776/2017 saylı icra sənədinə əsasən borclular X3, Borclu, X4 və X2 cəmi 6968.53 ABŞ dolları məbləğində pul və 23.52 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, buna baxmayaraq tələbin icrası nəticə verməmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarından kənara gedir-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-2776/2017 saylı icra sənədinə əsasən borclular X3, Borclu, X4 və X2 cəmi 6968.53 ABŞ dolları məbləğində pul və 23.52 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir və o müvafiq imza etməklə bildirişi almışdır. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borcluya şəxsən təqdim edilmiş tələbin könüllü icrası barədə bildirişin surətini tədqiq edərək, hazırda borclunun icra sənədini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borclu icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və borclunun ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra oluna bilinməmə mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2776/2017 saylı icra sənədi üzrə borclu 29 avqust 1966-cı ildə Quba rayonunda doğulmuş, Quba şəhəri, Vidadi küçəsi, dalan 6, ev 7-də qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar