Məhkəmə qərarları › İş №8(027)-597/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-597/2022

18.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-597/2022 18.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 katibliyi ilə Quba rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər X5 və Digah-Xucbala Bələdiyyəsi JN-035F seriyalı, kod 30327058 sayı şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə iddiaçılara məxsus olan Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin giriş-çıxış yolu açılmalı, həmin torpaq sahəsinin cavabdeh X7 tərəfindən zəbt olunmuş hissəsindən cavabdeh X7 çıxarılmalı və cavabdeh X7 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 ərizəsindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-152 saylı icra sənədinə əsasən tələbkar Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən iddiaçı X6 məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin giriş-çıxış yolu açılmalı, həmin torpaq sahəsinin cavabdeh X7 yərəfindən zəbt olunmuş hissəsindən cavabdeh X7 çıxarılsın və cavabdeh X7 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş 121570/20-07 saylı icra işı açılaraq, müvafiq qaydada icraata başlanılmışdır. Həmçinin iş üzrə tərəflər şöbəyə dəvət olunaraq icra sənədinin mahiyyəti, qanunvericiliyin tələbləri, habelə icra sənədinin icrasına qərəzli şəkildə maneəçilik törədildikdə daşıyacaqları məsuliyyət ətraflı izah olunmuşdur. Bundan sonra icra sənədi üzrə tələbi təmin etmək məqsədilə icra tədbiri təyin edilmiş və sözü gedən mübahisəli torpaq sahəsində icra prosesləri keçirilmişdir.Lakin icra vərəqəsində X6 məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin giriş-çıxış yolu torpaq sahəsinin hansı hissəsindən və ya tərəfdən açılmalı olduğu barədə qeyd aparılmamışdır. Bu səbəbdən icra sənədinin icrasında çətinliklər yaranmışdır. Ona görə də Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-152 saylı icra sənədinə iddiaçı X6 məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin giriş-çıxış yolu torpaq sahəsinin hansı hissəsindən və ya tərəfdən açılmalı olduğu barədə izah verilməsi xahiş olunmuşdur. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə qeyd olunan məsələyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, MPM-in 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin 2(027)-456/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsinin izah edilməsi üçün əsas yoxdur, çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) İcra haqqında 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmənin qeyd edilən qətnaməsi əsasında verilmiş icra vərəqəsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar