Məhkəmə qərarları › İş №8(027)-598/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-598/2022

28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-598/2022 28.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 2(027)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin 2(027)-1638/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən nikah pozularkən tərəflərin birgə nikahından 13 iyul 2018-ci il tarixdə doğulmuş X6 anası Tələbkar yanında saxlanılmalıdır; 13 iyul 2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə elan olunduğu tarixdən başlayaraq borclu X3 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, Tələbkar verilməlidir. İş üzrə Tələbkar ərizəsinə əsasən Quba rayon məhkəməsinin 2(027)-1638/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Ona görə də Quba rayon məhkəməsinin 22(027)-1638/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1 və 21-ci maddəsini rəhbər tutaraq icraatın xitam verilməsinə dair məsələyə baxmağınızı xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Ona görə də məhkəmə hazırki işə tələbkar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimata əlavə olunmuş sənədləri araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə Tələbkar tələbdən imtina etdiyi üçün təqdimat təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, nikah pozularkən tərəflərin birgə nikahından 13 iyul 2018-ci il tarixdə doğulmuş X6 anası Tələbkar yanında saxlanılmalı; 13 iyul 2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə elan olunduğu tarixdən başlayaraq cavabdeh Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Tələbkar veriməlidir. İş materiallarında olan Tələbkar xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Tələbkar tələbindən imtina etdiyini, Borclu ödədiyi alimentə ehtiyacı olmadığını bildirmişdir. Ona görə də Quba Rayon Məhkəməsinin 2(027)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Quba Rayon Məhkəməsinin 2(027)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar