Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-600/2022 20.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X3 qızının katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin əmlak üzərinə qoyulmuş həbsin qoyulması haqqında təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 mülkiyyətində olan “İsuzu MD 22V” avtobus markalı, **-LS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci İİ tarixli, 2(027)-405 saylı icra sənədinə əsasən Borclu: X1 5000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu, cəmi 5030 manat məbləğində pul tutularaq tələbkar "AtaSığorta” ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 200005/2020 saylı icra işi açılmış, xx.xx.2020ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya ‘icra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Hazırda Borclu bu vaxta qədər 1356 manat ödəniş etmişdir, icra sənədi üzrə borcu 3674 manat təşkil edir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına 'İsuzu MD 22V avtobus markalı, **-LS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin borcluya məxsus olan avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. İş üzrə borcluya və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci İİ tarixli, 2(027)-405 saylı icra sənədinə əsasən Borclu: X1 5000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu, cəmi 5030 manat məbləğində pul tutularaq tələbkar "AtaSığorta” ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə borclu X2 “İsuzu MD 22V avtobus markalı”, **-LS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. Hazırda həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, borclu X2 mülkiyyətində olan “İsuzu MD 22V avtobus markalı”, **-LS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. X2 mülkiyyətində olan “İsuzu MD 22V avtobus markalı”, **-LS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-600/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-600/2022
20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver