Məhkəmə qərarları › İş №8(027)-62/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-62/2024

15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-62/2024 15.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Şikayət verən şəxs X2 nümayəndəsi X7 iştirakı ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X4 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 2(027)-549/2023 №-li icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarında göstərilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il qeydiyyat tarixli Çıxarışa əsasən tələbkar X2 mülkiyyətində olan Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan toroaq sahəsinə gedən gedişgəliş yolu açılmalıdır və X3, X13, X10, X8 və X11 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. X3, X13, X10, X8 və X5 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE**********0002088501, №-li (VÖEN **********; KOD 210005; SVİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Hazırda icra sənədi üzrə tələbkar X4 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Porobasiya Şöbəsinin icra məmuru X17 xx.xx.2023-cü il tarixdə icraatına daxil olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(027)-549/2023 saylı icra sənədini nəzərdən keçirməklə icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. İcraçı icra hərəkətlərinin icra olunması üçün heç bir addım atmamış və həmin işi icra edə bilmir və bununla bağlı mütəxəssisin rəyinin olması kimi ifadələri bildirməklə məhkəmənin qətnaməsi əsasında icra edilməli olan icra vərəqəsini icra etməmişdir. Məhkəmə iclasında X2 etibarnamə üzrə nümayəndəsi X6 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə borcluya, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X2 şikayəti təmin edilməlidir. Belə ki, tələbkarın nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, tələbkarın borclu ilə barışdığı üçün alimentdən imtina etdiyini bildirmiş, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-549/2023 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-549/2023 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda isə Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-549/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi üçün Quba rayon İcra və Probasiya göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən barışıq sənədi əslində borclunun icra sənədini icra etməkdən yayınması məqsədi ilə olmuşdur. Çünki tələbkar qeyd edilən sənədi imzaladıqdan 1 ay sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, Sabunçu rayon İcra şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından tələbkar X4 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X2 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar