Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-63/2024 11.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, X10 katibliyilə, Ərizə verən X6, İş üzrə borclunun nümayəndəsi X7 iştirakı ilə, Quba rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə tələbkar X6 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi haqqında 10 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə tələbkar X3 rayon İcra Şöbəsinin icra məmuru X1 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin evə köçürülmə hissəsində icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı kimi onun cavabdeh X4 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və passport qaydiyyatına alınma barədə iddia tələbləri əsasında Quba Rayon Məhkəməsinin (sədrlik edən X19) 2(027)-18/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnaməyə əsasən iddia tələbləri təmin edilməsi, Quba şəhəri, Fətəli xan küçəsi 2a saylı evin 34-cü mənzilinə istifadə hüququnun yaranması, həmin mənzilə köçürülməyi və passport qeydiyyatına alınmağı qət edilmişdir. Qeyd olunan qətnamə cavabdehlər tərəfindən mübahisələndirilsə də, yekunda qətnamə qüvvədə saxlanılmış və icraya yönəldilmişdir. İcra məmuru X5 tərəfindən Quba Rayon Məhkəməsinin 2(027)-18/2010 saylı icra vərəqəsinin icrası qismən təmin olunsa da, mənzilə köçürülməyilə bağlı hissə və mənzildən istifadə qaydasının izah edilməsi hissəsi lazımı qaydada yerinə yetirilməmişdir. Belə ki, uzun sürən məhkəmə çəkişmələrindən sonra icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilməklə, onun qeyd olunan mənzilə köçürülməyi və mənzilin giriş qapısının açarının birinin ona təqdim edilməsi qeyd olunmuşdu. Mənzildə onun yaşamağı üçün zəruri şəraitin (ev əşyalarının və s.) olmaması səbəbindən o həmin vaxt mənzilə fizikal olaraq köçə bilməmişdi. Bakıya valideynlərinə məxsus evə müvəqqəti olaraq qayıdıb və lazımı əşyaları almaqla azyaşlı övladlarıyla birgə həmin evə köçməyi planlaşdırmışdı. Bundan qısa müddət sonra mənzildə yaşamaq üçün Quba şəhərinə gəlib və mənzilə daxil olmaq istəyəndə mənzilə girişin borclu (onun ailə üzvləri) tərəfindən özbaşına məhdudlaşdırılmasının şahidi olmuşdu, buna görə də mənzilə daxil ola bilmədiyi və açıq-aşkar şəkildə onu mənzilə buraxmayacaqlarını qeyd etmişdi. Odur ki, uşaqlarla birlikdə yenidən valideynlərinə məxsus evə qayıtmaq məcburiyyətində qalmışdı. Vəziyyətdən çıxış yolu kimi Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət etsə də, həmin şöbədən ona köməklik edilə bilinməyəcəyi, icra vərəqəsinin onlar tərəfindən tam icra olunmasını və icra işinə xitam verildiyi bildirilmişdir. O İcra şöbəsinə Dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin lazımı qaydada icra edilməməsini, mənzildən istifadə qaydasının izah və müəyyən edilməməsini, bununla da icra vərəqəsinin icrasının natamam və yarımçıq olmasını bildirsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, icra sənədi tam icra olunmamışdır, görünən odur ki, mənzilə köçürmə formal xarakter daşıyır. Neçə ildən sonra 10 mart 2023-cü ildə icra məmuru ilə getmişlər, mənzilə köçürülmə və icra sənədinin icra olunması barədə akt tərtib olunmuş və həmin akta imza ataraq, ona mənzilin açarı təqdim olunmuşdur. Lakin beş ay sonra avqust ayında o mənzilə qayıdıb əşyalarını yerləşdirmək isdədikdə mənzilin açarının dəyişdiyini görüb və bu barədə DİN “102” xidmətinə də şikayət etmişdir. O əşyaları ilə birlikdə mənzilə köçürülməmişdir və icra hərəkətlərinin yenidən davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə borclunun nümayəndəsi izahatında bildirmişdi ki, bu məsələ həll olunub, mənzilin açarı da dəyişdirilməmişdir. Hal-hazırda da qapının üstündəki açar elə əvvəlki açardır. Mənzil 3 otaqdan ibarətdir. Mənzildə altı nəfər yaşayırlar. Sadəcə Zəvatə mənzildə ən böyük otaqı istəyir, ona görə də icra sənədi ilə razılaşmır və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdilər. Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizədə qeyd olunan dəlilləri araşdırıb, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olmaqla təmin edilməlidır. Belə ki, Quba rayon İcra Şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə tələbkar Orucəliyeva (Şıxəliyevə) Zəvatə Yarəli qızının adına olan Quba şəhəri, Fətəlixan küçəsi 2a saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınmalı, o həmin mənzilə köçürdülməlidir və pasport qeydiyyatına alınmalıdır.Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 2(027)-18 saylı icra sənədi üzrə tələbkar Orucəliyeva (Şıxəliyevə) Zəvatə Yarəli qızının ərizəsinə əsasən tələb tam təmin olunmuşdur. Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, iddiaçı X6 cavabdeh X4 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və pasport qaydiyyatına alınma tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı qətnaməsinin icra edilməsilə bağlı icra sənədi üzrə icraat aparılmış, icra sənədi 10 mart 2023-cü il tarixdə qismən icra olunaraq icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin borclu yenidən şikayət ərizəsiylə məhkəməyə müraciət edərək icra sənədinin tam icra olunmadığını, hələ də mənzilə istifadə hüquqlarını həyata keçirə bilmədiyini bildirərək, xitam qərarının ləğv edilməsi və icra sənədinin onun evə köçürülmə hissəsində icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Orucəliyeva (Şıxəliyevə) Zəvatə Yarəli qızının şikayəti əsasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X14 Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli qərarı evə köçürülmənin xitam verilməsi hissəsində ləğv edilməli və icra sənədinin Zəvatə Orucəliyevanın evə köçürülmə hissəsində icra hərəkətləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 10 mart 2023cü il tarixli qərarı evə köçürülmənin xitam verilməsi hissəsində ləğv edilsin. Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədi üzrə icra hərəkətləri X6 Quba şəhəri, Fətəli xan küçəsi, ev 2a, mənzil 34-ə köçürülməsi hissəsində davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-63/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-63/2024
11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver