Məhkəmə qərarları › İş №8(027)-64/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-64/2025

14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-64/2025 14.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi Dadaşova (Mustafayeva) Günay Azər qızı tərəfindən aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Dadaşova (Mustafayeva) Günay Azər qızı ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1651/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə 23 mart 2012ci il təvəllüdlü X2 və 31 dekabr 2014- cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu mənim xeyrimə hər ay, hər uşağa görə tutulan 190 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Borclu ilə 02 aprel 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 23 mart 2012-ci il təvəllüdlü X4 və 31 dekabr 2014-cü il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Aralarında olan münasibətlər pozulduğu üçün Borclu ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1651/2024 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqlarının onun yanında saxlanması və yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 380 manat məbləğində alimentlə 2 uşaq saxlamaq çox çətindir. Uşaqların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşaqların digər tələbatları günü-gündən artır. Hazırkı vəziyyətdə borclu tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Ona görə də alimentin məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə tərəflər Dadaşova (Mustafayeva) Günay Azər qızı və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1651/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X5 arasında xx.xx.2011-ci il tarixdə Quba rayonu Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmiş nikahın pozulması, qarşılıqlı iddia qismən təmin edilməsi, həmin nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X7 qızının və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları -Mustafayeva (Dadaşova) Günay Azər qızının yanında qalmaları müəyyən edilməsi, Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər uşaq üçün hər ay 190 (yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Mustafayeva (Dadaşova) Günay Azər qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1651/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən 23 mart 2012-ci il təvəllüdlü X2 və 31 dekabr 2014-cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 04 aprel 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1651/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən 23 mart 2012-ci il təvəllüdlü X2 və 31 dekabr 2014-cü il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar