Məhkəmə qərarları › İş №8(027)-649/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-649/2021

28.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-649/2021 28.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Quba Rayon Məhkəməsinə təqdimat verərək, Quba rayonu, Rustov kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(027)- 1114/2019 saylı icra sənədinə əsasən cavabdeh (X1) Borclu 5000 (beş min) ABŞ dolları, torpaq sahəsinin hasara alınması üçün çəkilmiş xərc 2030 (iki min otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 90081/19 saylı iş üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu, Tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədindən görünür ki, cavabdeh (X1) Borclu 5000 (beş min) ABŞ dolları, torpaq sahəsinin hasara alınması üçün çəkilmiş xərc 2030 (iki min otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb Tələbkar ödənilməlidir İş materiallarında olan 14.06.2019-cu il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə verilmiş təqdimatda Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Borclu ölkə hüdudlarına gedib-gəlməsini və bunun icra sənədinin icrasına maneçilik göstərməsini qeyd etsə də, nə borclunun həqiqətən tez-tez ölkə hüdudlarına gedib-gəlməsinə dair heç bir sübut təqdim etməmiş, nə də ki, ölkə hüdudlarına gedib-gəlməsinin icra prosesinə hansı maneçiliklərin törətməsini əsaslandırmamışdır. Bu isə təqdimatın əsassız olmasını göstərir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Quba Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar