Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-65/2025 17.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-2599/2024 nömrəli qətnaməsi ilə X12 xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 360 manat olan alimentin miqdarı indeksasiya edilərək, ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının hər uşağa görə hər ay 0,52 misli həddində indeksasiya olunaraq, (400 manat x 0,52=210 manat) olmaqla aliment təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-2599/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə X10 arasında 27 dekabr 2017-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 595 nömrəli nikah qeydi ləğv edilmiş, mediasiya xərci 30 manat, 25 manat dövlət rüsumu və 150 manat hüquqi xidmətlə bağlı ödənilmiş rüsum X6 tutularaq, X5 verilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X9 ataları X7 yanında qalması müəyyən edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən başlayaraq, X4 hər ay hər uşağa görə 180 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulmuşdur. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 2599/2024 saylı qətnaməsindən görünür ki, X8 ilə X10 arasında 27 dekabr 2017-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah pozulmuş, akt qeydləri kitabındakı 595 nömrəli nikah qeydi ləğv edilmişdir. Mediasiya xərci mediasiya xərci 30 manat, 25 manat dövlət rüsumu və 150 manat hüquqi xidmətlə bağlı ödənilmiş rüsum X6 tutularaq, X5 verilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X9 ataları X7 yanında qalması müəyyən edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən başlayaraq, X4 hər ay hər uşağa görə 180 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il üzrə 01 yanvar 2024-cü il tarixdən 345 manat və 2025-ci il üzrə 01 yanvar 2025-ci ildən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2599/2024 saylı qətnaməsinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 07 aprel 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2599/2024 saylı qətnaməsinə əsasən, xx.xx.2018-ci il tarixdə doğulmuş X14 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün Maraqlı şəxs tutulan aliment məbləği 07 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-65/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-65/2025
17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver