Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-654/2022 31.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba şəhəri, N.Nərimanov küçəsi, ev 15-də yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-3485/2017 saylı icra sənədinə əsasən Borclu 364 manat məbləğində pul alınaraq, iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi şəxsən qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və eyni zamanda bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. İş üzrə borcluya və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-3485/2017 saylı icra sənədinə əsasən Borclu 364 manat məbləğində pul alınaraq, iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-3485/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba şəhəri, N.Nərimanov küçəsi, ev 15-də yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-654/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-654/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver