Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-686/2022 05.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-cı il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X9, X5 və X7 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-cı il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-267/2019 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-cı il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-267/2019 saylı icra sənədinə əsasən borclu X2 4600 manat məbləğində pul alınaraq X9, X5 və X6 ödənilməsi təmin olunmalıdır. Bununla əlaqədar olaraq 1209/2014 saylı icra işi açılmış və qanuna müvafiq qaydada icraata başlanılmışdır və icra sənədinin icrası istiqamətində bütün qanuna müavafıq tədbirlər görülmüşdür. - İş üzrə borclu X9, X5 və X1 rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək 2(027)-267/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra olunmadan onu vermiş məhkəməyə qaytarılmasını xahiş etmişdir. Ona görə də Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-cı il tarixli qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-267/2019 saylı icra sənədi Quba rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X9, X5 və X7 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9, X7, X5 və X10 cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, əmlak tələbi, fərdi yaşayış evinə köçürmə, daşınmaz əmlaka payların müəyyənləşdirilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(027)-267/2019 nömrəli qətnaməsinə əsasən iddiaları qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Keçən müddət ərzində icra sənədi icra məmuru tərəfindən icra olunmamışdır. Dəfələrlə bununla bağlı maraqlandıqdan sonra onlara icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edildiyini və icra sənədinin icra olunmadan məhkəməyə qaytarıldığını bildirmişlər. Onlar qeyd edilən qərardan şikayət etdikdən sonra Quba rayon icra və Probasiya Şöbəsinin qərarı ləğv edilərək icra sənədi yenidən icra olunması üçün Quba Rayon Məhkəməsinin 8(027)-197 saylı, 28.04 2022-ci il tarixli qərardadı ilə Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra sənədinin bu dəfə də əsassız bəhanələrlə icra olunmadan məhkəməyə qaytarılması barədə 04 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. O,X7 həmin qərarı 19 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada almış və qərardan şikayət verməklə bağlı müddəti ötürməmişdir. Digər tələbkarlara isə ümumiyyətlə həmin qərar təqdim edilməmişdir. Onlar Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev tərəfindən qəbul edilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə 04 oktyabr 2022-cı il tarixli qərarla razılaşmırlar. Həmin qərar qanunsuz və əsassız qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, icra məmuru tərəfindən qərar qəbul edilərkən iş üzrə tələbkarın heç bir dəfə də olsa icra sənədinin icrası ilə bağlı maraqlanmadığını, bu səbəbdən tələbkara rəsmi qaydada icra sənədinin icrası ilə bağlı dəfələrlə dəvət olunsa da, heç bir üzürlü səbəb olmadan gəlməməklə icra sənədinin icrasına tələbkarın mane olmasını əsas gətirmişdir. Tələbkarın icra sənədinə maneə olması dedikdə iş üzrə 4 nəfər tələbkar olduğunu nəzərə alsaq, konkret olaraq söhbətin hansı tələbkardan getdiyini, icra məmuru tərəfindən nə zaman icra hərəkətləri həyata keçirildiyi, bununla bağlı nə zaman tələbkara və ya tələbkarlara məlumat verilməsi, rəsmi qaydada bildiriş göndərildiyi qərarda əsaslandırılmamış və əsaslandırıla da bilməzdi. Çünki onlara icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı keçən müddət ərzində heç bir rəsmi sənəd və məlumat gəlməmişdir. İcra sənədininin icrasına maneə olan tələbkarın işi dəfələrlə məhkəməyə şikayət verməkdən və icra sənədininin icrasını tələb etməkdən ibarət olmazdı. Onlar tələbkar olaraq hal-hazırda cavabdehlə aralarında olan mübahisəni kənara qoyaraq icra məmurunun əsassız bəhanələrlə icra sənədini icra etməkdən imtina etməsi halı ilə mübarizə aparmaq məcburiyyətində qalmışlar. Bu isə onların ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozuntusudur. Onlar icra məmurundan qanunsuz heç bir tələb istəmirlər, istəkləri dövlətin adından qəbul edilmiş məhkəmə qətnaməsinin lazımsız sənəd kimi bir kənara atılması deyil, icra olunmasıdır. Çünki icra məmuru tərəfindən icra işi həyata keçirilən icra işini təşkil etmək icra məmurunun qanunvericilikdə nəzərdə tutulmuş vəzifəsidir. Tələbkarın işi ilə maraqlanıb maraqlanmamasından asılı olmayaraq icra sənədi icraatında daxil olan icra məmuru icra hərəkətlərini başlamalı və müvafiq tədbirlər görməlidir. İş üzrə tələbkara, borcluya və Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X9, X5 və X3 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-267/2019 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-cı il tarixli qərarından tələbkar X9, X5 və X7 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-cı il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X9, X5 və X4 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-cı il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-686/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-686/2022
05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver