Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-7/2023 12.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : X4 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Kontakt Home mağazalar şəbəkəsindən online şəkildə İphone 11 markalı telefonu kreditlə əldə etmişdir. Həmin vaxtda yüksək maaşlı iş yerində çalışmış və ilk ayın ödənişin etmişdir. Hal-hazırda isə işləmir günlük hər hansı bir iş yerində iş olduğda fəhləlik işi ilə məşğul olur. O, evlidir yoldaşı X7 epilepsiya xəstəsidir, və 2 az yaşlı qız övladları var. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında kirayə yaşayır. Maddi vəziyyəti kredit borcu yazılan məbləğdə ödəməyə uyğun gəlmir. O, ailə vəziyyətinə və aylığ gəlirinə görə uyğun bir məbləğ müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. X2 ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, borclu X4 ərizəsində hissə-hissə icra olunmasını məhkəmədən xahiş etdiyi qətnamənin surətini ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin 149cu maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizə verən şəxslər X2 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizə verən şəxs X3 izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-7/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-7/2023
12.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver