Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-7/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1285/2023 saylı icra sənədi üzrə tələbkar İddiaçı QSC Cavabdeh1 icra məmuru X1 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Cavabdeh1 icra məmuru X1 xx.xx.2021-ci il tarixli “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(027)-1285/2023 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra olunması üçün yenidən Cavabdeh1nə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin e-2(027)-1285/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı ilə borclu Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə ümumilikdə 197 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş və məhkəmə qərarı icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaaz Regional Ədliyyə İdarəsinin xx.xx.2024- cü il tarixli məktubundan belə məlum olur ki, Quba rayon məhkəməsinin e-2(027)-1285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi geri qaytarılmışdır. Belə ki, qərardan göründüyü kimi icra vərəqəsinin geri qaytarılmasına səbəb borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, “İcra Haqqında” AR Qanununun 23.1.3-ci maddəsi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Lakin Cavabdeh1 icra məmuru Rauf Quliyev icra tədbirlərini görməmişdir. Quba rayon məhkəməsinin e-2(027)-1285/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı üzrə borclu bu günədək heç bir ödəniş etməmişdir. Bu isə “İcra Haqqında” AR Qanununun 12.1-ci maddəsinin tələblərinin pozulmasına və faktiki olaraq icra vərəqəsinin icrasız qalmasına səbəb olur. Borclu tərəfindən uzun müddət məhkəmə qərarının icra edilməməsi, İcra məmurunun çağırış və tələblərinə məhəl qoyulmaması AR İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnir. Lakin buna baxmayaraq İcra məmuru borclu barədə inzibati xəta barədə protokol tərtib etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə borclunun , Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, icra sənədi üzrə tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1285/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, GZL000893 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 195 (yüz doxsan beş) manat əsas borc və 2 (iki) manat cərimə borcu, cəmi 197 (yüz doxsan yeddi) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixli, GZL000893 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 195 (yüz doxsan beş) manat əsas borc və 2 (iki) manat cərimə borcu, cəmi 197 (yüz doxsan yeddi) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra işi açılmış və borcluya "İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Eyni zamanda borclunun əmlak və gəlirlərini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş o cümlədən əmlaklarına baxış keçirilmişdir. Lakin görülmüş tədbirlər nəticə verməmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun əmlak və gəlirlərini yenidən müəyyən edilməsi icra sənədinin icrasına zəmin yarada biləcəyindən, Cavabdeh1 icra məmuru X1 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1285/2023 saylı icra sənədi yenidən icraya yönəldilərək, icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Cavabdeh1 icra məmuru X1 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1285/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-7/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-7/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver