Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-70/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədi üzrə tələbkar X2 Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədi üzrə tələbkar X1 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədinə əsasən borclu X3 5000 ABŞ dolları, torpaq sahəsinin hasara alınması üçün çəkilmiş xərc 2030 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınıb X4 verilməlidir. Borclu xx.xx.2022-ci il tarixdə idarə etdiyi xarici markalı avtomobillə yaşadığı evə gələrək xarici ölkələrdən avtomobil hissələri gətirməklə dolandığını, hazırdə adına daxil olan avtomobil hissələrinin gəmi ilə Gürcüstan Respublikasının Poti şəhər limanmada saxlanıldığını, lakin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmsı haqqında məhkəmə qərarının olduğunu bildirərək, Quba rayon İcra və Probasiya şöbəsindəki icra sənədinin qaytarılması barədə ərizə verməsini xahiş edərək , qalan borcun avtomobil hissələrinin Azərbaycan Respublikasına gətirdikdən dərhal sonra sataraq və əldə etdiyi vasaitin borcun bağlanılmasına yetərli olmadığı halda idarə etdiyi avtomobili də satıb borcunu bağlayacağına dair öhdəlik götürməsini, ən əsası isə borclunun torpaqlarımız uğrunda gedən döyüşlərdə həlak olan şəhid ailəsi olmasını nəzərə alaraq icra sənədinin məhkəməyə qaytarılması barədə ərizə yazmışdır. Ərizəsində hazırkı günə kimi 2900 (iki min doqquz yüz) manat məbləğində borcun İcra və Probasiya şöbəsi vasitəsi ilə qaytarılmasını və qalan pulun ödənilməsinə razılıq əldə etdiklərini qeyd etmişdir. Lakin borclu Quba rayon İcra və Probasiya şöbəsinin 25.11 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Qərarından sonra iki dəfəyə 400 (dörd yüz və 300 (üç yüz) cəmisi 700 (yeddi yüz) manat məbləğində borcunu nümayəndəsi vasitəsi ilə qaytarsa da qalan borcunu könüllü qaytarmır, aralarındakı razılığı pozub. Ona görə də Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarını 2-3 ay əvvəl aldığını bildirmiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında olan icra məmurunun icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, 2(027)-1114/2019 saylı icra sənədi iş üzrə tələbkar X2 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə Quba Rayon Məhkəməsinə qaytarılmış, qərarın surəti tərəflərə göndərilmiş və qərardan 30 gün müddətində məhkəmə qaydasında şikayət verilə bilməsi göstərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında X5 həmin qərarın surətini 2-3 ay əvvəl aldığını bildirsə də, xx.xx.2023-cü il tarixdə sözügedən qərardan məhkəməyə şikayət verərək, qərardan şikayət vermə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 1114/2019 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərarından verdiyi şikayət, həmin şikayət “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyi üçün təmin edilməsin. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində elektron qaydada Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-70/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-70/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver