Məhkəmə qərarları › İş №8(027)-73/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-73/2025

21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-73/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 nümayəndəsi Zeynalabdun Nəcəfovun iştirakı ilə X1 əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbs götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 saylı icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq ona, yəni X2 xeyrinə ödənilməlidir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin 8(027)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Borclu borcun bir qisminin ödənilməsinin təmin edilməsi üçün mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına keçirilməsinə razıdır. Ona görə də, hesab edir ki, borclunun mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbs götürülməlidir. Məhkəmə iclasında X2 nümayəndəsi Zeynalbdun Nəcəfov izahatında ərizəini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Borclu ərizəyə etirazla məhkəməyə müraciət edərək, hal-hazırda Quba rayon Məhkəməsində xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən tələbkar X3 103885 manat pul borclu olmağı barədə icra işinə baxılır. Məhkəmə qərardadına əsasən borcun icrasının təmin edilməsi məqsədilə ona məxsus VAZ-21061 markalı 40 ВТ 806 № li avtomaşının üzərinə həbs qoyulmuşdur. Həmçinin həmin avtomaşına hərracda satılması üçün «SƏRRAF-M» Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən qiymətləndirilərək 2500 manat qiymət qoyulmuşdur. Hansıki həmin qiymətlə o, razı deyil. Belə ki, ona məxsus VAZ-21061 markalı 40 ВТ 806 № li avtomaşın texniki cəhətdən saz olmaqla heç bir qüsuru yoxdur, belə vəziyyətdə olan avtomaşınlar satış bazarında minimum 4500 (dörd min beş yüz) manata satılır. Ona görə də məhkəmədən xahiş edir ki, avtomaşınının dəyərini obyektiv qiymətləndirmək üçün yenidən qiymətləndirmə keçirilsin. Onu da qeyd etmək istəyir ki, tələbkar işin obyektiv, tam və hərtərəfli araşdırılmasını gözləmədən avtomaşınının üzərindən həbsin götürülməsini istəyir ki, «tez bazar» borc yerinə ucuz qiymətə özününküləşdirsin. Buna da o, haqlı olaraq etirazını bildirir və məhkəmədən xahiş edir ki, iş üzrə obyektiv düzgün qərar qəbul edilənədək avtomaşınının üzərinə qoyulmuş həbs götürülməsin. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 saylı icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 8(027)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli təklif məktubundan görünür ki, Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2500 (iki min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Borclu məxsus üzərinə gəbs qoyulmuş əmlak ərizəçiyə təklif edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 aprel 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə, 60cı maddəsinin İ hissəsinə, 129-cu maddəsinin İ və İİ hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır. Məhkəmə hesab edir ki, borclunun üzərinə həbs qoyulmuş əmlakının qəbul etməsi məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Borclu üzərinə həbs qoyulmuş əmlakının tələbkar X2 qəbul etməsi məqsədilə “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar