Məhkəmə qərarları › İş №8(027)-740/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-740/2022

05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-740/2022 05.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə X1 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Umud Məhsimovun “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə X2 Quba rayon İcra Şöbəsinin icra məmuru Umud Məhsimovun xx.xx.2015-ci il tarixli, 2(027)- 634/2015 saylı icra sənədi üzrə “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə X5 şikayətinin təmin edilməsi və Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Umud Məhsimovun “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 şikayətində göstərmişdir ki, Quba Rayon Məhkəməsində xx.xx.2015-ci il tarixli, 2(027)- 634/2015 saylı qətnamə qəbul edilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Quba rayon İcra Şöbəsi tərəfindən icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Borclu və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 634/2015 saylı icra sənədi üzrə X1 Quba rayon İcra Şöbəsinin icra məmuru Umud Məhsimovun xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, Quba rayon İcra Şöbəsinin “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarından görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə Quba rayonu, Vəl-Vələ kəndində yaşayan Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq Adilova (Məmmədova) Jalə Nəcəfəli qızına verilməlidir. İcra sənədi isə icra olunmadan məhkəməyə geri qaytarılmışdı. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə X4 şikayəti əsasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Umud Məhsimovun “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 28 yanvar 2016-cı il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-634/2015 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar